İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: “Paşinyan tələb irəli sürə bilməz, çünki artıq təslim olub”  

“İndiki mərhələdə Ermənistanın daha böyük itkilərdən necə qaça biləcəyi barədə düşünmək lazımdır, çünki Nikol Paşinyan baş nazir postunu tutduğu müddətdə bu təhlükələr çox realdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublika Partiyasının İcra orqanının üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

“Danışıqların harada getməsindən asılı olmayaraq - Moskvada və ya Vaşinqtonda, Marsda və ya Ayda Ermənistanı Nikol Paşinyan təmsil edərsə, nəticələr Ermənistan üçün fəlakətli olacaq. Bu insan peşəkarlıqdan, vətənpərvərlikdən məhrumdur. Bu adam ancaq qalmaqallarla bəslənir, onu maraqlandıran yalnız Facebook-dakı bəyənmələrdir. Nikol Paşinyan indiyə qədər gördüyüm ən fərsiz idarəçidir”, - deyə Şarmazanov yerli “24TV”nin efirində deyib.

Şarmazanovun sözlərinə görə, Paşinyan heç bir tələb irəli sürməyəcək, onun bacara bildiyi yeganə şey birtərəfli güzəştlərdir ki, bu da yalnız Bakı və Ankaranın iştahını oyadacaq. “O, tələblər irəli sürə bilmir, çünki o, artıq təslim olub. Ona görə də biz dedik ki, məğlub olan lider danışıqlar apara bilməz və etməməlidir”, - deyə Şarmazanov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR