Onlayn ictimai-siyasi qəzet
Fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb.
Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb.
Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar.
Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.
Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.
Söhbət zamanı Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb və Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında ikitərəfli əsasda 7 dekabr tarixində qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu qeyd olunub.
***
17:56
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Bunu Ş.Mişel “X” hesabında yazıb:
“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı üçün ən xoş arzularımı bildirdim”.
O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Ermənistan-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub:
“Ermənistan-Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”. (Report)
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ