İnsanlara hürriyət, millətlərə istiqlal!

Saqqız çeynəməyin 5 gözlənilməz FAYDASI

Məlum olur ki, saqqız sadəcə nəfəsi təravətləndirmək üçün deyil, həm də sağlamlığımız üçün faydalı bir vasitədir. Çoxları bunun fərqində olmasa da, saqqızın bir sıra müsbət təsirləri mövcuddur.

Saqqız çeynəməyin 5 əsas üstünlüyünü təqdim edirik:

1. Konsentrasiya və yaddaşın yaxşılaşması

Saqqız çeynəmək diqqət və qısa müddətli yaddaşı artırmağa kömək edir. Bu, çeynəmə zamanı beynin qan dövranının aktivləşməsi və beyin fəaliyyətinin stimullaşması ilə izah olunur. Xüsusilə nanə dadlı saqqızlar daha təsirlidir.

“Physiological Behavior” jurnalında dərc olunmuş tədqiqat göstərib ki, zehni tapşırıqları yerinə yetirərkən saqqız çeynəmək nəticələri yaxşılaşdırır. Bunun səbəbi çeynəmə prosesinin diqqət və yaddaşdan məsul olan beyin bölgələrini aktivləşdirməsidir.

2. Stress və narahatlığın azalması

Saqqız çeynəmək stres hormonu olan kortizolun səviyyəsini azaldır. Çənənin ritmik hərəkətləri sinir sisteminə sakitləşdirici təsir göstərərək narahatlığı azaldır. Saqqızın müntəzəm çeynənməsi ağız suyunda kortizolun azalmasına səbəb olur – bu isə stresin azaldığını göstərir.

3. Həzmə faydası

Saqqız çeynəmək ağız suyunun ifrazını artırır. Ağız suyu tərkibindəki fermentlər qidanın parçalanmasına kömək edir. Xüsusilə yeməkdən sonra saqqız çeynəmək mədənin fəaliyyətini yaxşılaşdırır və qıcqırma riskini azaldır. Çeynəmə zamanı ağız boşluğu təmizlənir, turşular neytrallaşır və qida borusunda turşuluq balansı qorunur. Bu isə reflüks kimi problemlərin qarşısını almağa kömək edir.

4. Diş sağlamlığı

Şəkərsiz saqqız bol miqdarda tüpürcək ifrazını stimullaşdırır ki, bu da zərərli turşuları neytrallaşdırır və diş minasını qoruyur.
Bu, kariyes riskini azaldır və ümumilikdə diş sağlamlığını qoruyur. Amerika Stomatoloji Assosiasiyası qeyd edir ki, yeməkdən sonra 20 dəqiqə ərzində şəkərsiz saqqız çeynəmək ağız boşluğunu təmizləyir və turşuluğu azaldır.

5. Çəkiyə nəzarət

Saqqız çeynəmək aclıq hissini azaldaraq iştahı nəzarətdə saxlamağa kömək edir. Bu, arıqlamaq və ya çəkini qorumaq istəyənlər üçün xüsusilə faydalıdır. Bəzi tədqiqatlara görə, saqqız çeynəyən insanlar daha az kalori qəbul edir. Lakin bu təsiri tam təsdiqləmək üçün əlavə elmi sübutlara ehtiyac var.

Beləliklə, saqqız sadəcə bir vərdiş deyil, həm də düzgün istifadə edildikdə sağlamlıq üçün faydalı vasitədir. Əvvəllər dietoloqlar qan şəkərinin artmasına səbəb olan məhsullar haqqında da məlumat vermişdilər.  (lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR