Onlayn ictimai-siyasi qəzet
Dünən Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə Sərdarabad kompleksində tədbir keçirilib.
Musavat.com xəbər verir ki, orada daşnakların İdarə heyətinin nümayəndələri, Sərkis Mkrtçyan və İşxan Saqatelyan ənənəvi pafosla gurultulu çıxışlar ediblər.
Saqatelyanın sözlərinə görə, “Daşnaksütyun” hazırkı hakimiyyətin təklif etdiyi “xilas naminə təslimiyyət” düsturunu rədd etdiklərini söyləyib.
“Biz ermənilərə qurtuluş uğrunda mübarizə təklif edirik və bu mübarizənin həm əsgəri, həm də öncülləri olmağa hazırıq. Müqavimət, həmrəylik, mübarizə – Qarabağı erməni olaraq saxlamağın yeganə yolu budur”, - deyə Saqatelyan bildirib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ