Onlayn ictimai-siyasi qəzet
Dünən axşam saatlarında polis Sankt-Peterburqun mərkəzini mühasirəyə alıb və kütləvi şəkildə miqrantların sənədlərini yoxlayıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, yoxlama təhlükəsizlik məqsədilə həyata keçirilib. Sankt-Peterburqlu jurnalistlərin məlumatına görə, minə yaxın adam idarəyə aparılıb.
Sankt-Peterburqda Mərkəzi və Admiralteyski rayonlarında saat 18:00-dan etibarən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Qadağa yanvarın bu gün saat 5:00-dək qüvvədə olacaq.
Həmçinin, Yeni ili qeyd edən insanların Baş Qərargah binasının tağının altına və Saray meydanına buraxılması qadağandır. Şəhərin mərkəzində çoxlu sayda çevik polis zabiti iğtişaşlar təşkil edir.
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ