Onlayn ictimai-siyasi qəzet
“İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər”.
Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Fransanın “Nant” komandasının futbolçusu Samuel Mutussami “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib.
26 yaşlı yarımmüdafiəçi ikinci yarıda rəqibdən daha zəif oynadıqlarını etiraf edib:
“Oyunun intensivliyinə görə “Qarabağ” daha cəlbedici idi”.
Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ