Onlayn ictimai-siyasi qəzet
Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələnib.
Musvat.com-un məlumatına görə, hadisə dekabrın 21-də saat 18 radələrində baş verib.
Şəhər sakini 1990-cı il təvəllüdlü Manafov Saday Əlismayıl oğlu şəxsi münasibətlər zəminində qohumu, 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlunu güllələyib.
R. Feyzullayev dünyasını dəyişib.
S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Samir Əli,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ