İnsanlara hürriyət, millətlərə istiqlal!

Salome Zurabişvili: “Gürcüstanda indi kilsədə belə qütbləşmə yaranıb”

Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsi qarşısında duran üç ən bpyük problemi göstərib.

Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, ölkə lideri bu barədə Strasburqda keçirilən Ümumdünya Demokratiya Forumunda danışıb.

Onun sözlərinə görə, xarici təhlükə, daxili qütbləşmə və Avropa İttifaqına üzvlük bu gün Gürcüstanın həll etməli olduğu üç əsas problemdir.

“Qütbləşmə hər yerə, partiyalar arasında, mediada, hətta kilsəyə belə sirayət edib... İnsanlar arasında güvən azalıb, artıq qarşısındakını düşmən olaraq görür. Halbuki əsl düşmən sərhədimizin dibindədir... Belə bir anda qütbləşmə millətə qarşı cinayətə çevrilir, çünki ölkəni zəiflədir. Düşmən heç bir güc tətbiq etmədən bundan istifadə edir”, - Zurabişvili bildirib.

O, Rusiya bazasının Gürcüstanın paytaxtı yaxınlığında yerləşdiyini də unutmamağa çağırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR