İnsanlara hürriyət, millətlərə istiqlal!

Sallivan: "Ağ Ev Ukraynannın Krımı ABŞ silahları ilə vurmasına etiraz etmir"

Birləşmiş Ştatlar Krıma zərbə endirmək üçün Ukrayna Silahlı Qüvvələrinin Amerika silahlarından istifadə etməsinə etiraz etmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalında müshaibəsində danışıb.

Amerikalı rəsminin sözlərinə görə, Krım Ukraynanın tərkib hissəsi kimi “beynəlxalq səviyyədə tanınır”. “Biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Krım isə, bizim fikrimizcə, Ukraynadır”,-deyə o, qeyd edib.

Ceyk Sallivanın bildirdiyinə görə, Vaşinqton Ukrynanın Qərb silahlardan istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirməsini dəstəkləmir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR