İnsanlara hürriyət, millətlərə istiqlal!

Sallivan: “ABŞ Türkiyə ilə işləməyə davam edəcək”

Prezident seçkilərinin ikinci turunda hansı namizədin qalib gəlməsindən asılı olmayaraq ABŞ Türkiyə ilə işləməyə davam edəcək.

Bu barədə çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

“Seçkidə kim qalib gəlsə, hazırkı prezident və ya digər namizəd olsun, istər Ukrayna, istər Yaxın Şərqdəki regional problemlər, istərsə də Türkiyənin ABŞ-nin NATO müttəfiqi kimi roluna dair bir sıra məsələlərdə Ankara ilə işləməyə davam edəcəyik”, - deyə ABŞ liderinin müşaviri Yaponiyadakı G-7 sammitinə uçarkən ölkə prezidenti Baydenin təyyarəsində keçirdiyi mətbuat brifinqində bildirib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR