İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şakir Paşa Ailəsi”ndə ŞOK DƏYİŞİKLİK: Bu adlar serialda YER ALMAYACAQ! - FOTOLAR

NOW TV-nin sevilən serialı “Şakir Paşa Ailəsi” mövsüm finalı etdi.

Musavat.com xəbər verir ki, ikinci mövsüm üçün təsdiq alan “Şakir Paşa Ailəsi” serialında böyük dəyişikliklər gözlənilir. Yeni mövsümdə bəzi tanınmış simalarla yollar ayrılır.

Hazal Kaya və Eda Ece kimi məşhur aktyorların heyətə qoşulması ilə birinci mövsümdə gördüyümüz bir çox obraz yeni bölümlərdə olmayacaq.

Qeyd edək ki, tam adı “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” olan serial adı kimi möcüzələrlə və qalmaqallarla yadda qaldı.

Serialda birinci mövsümdə iki dəfə yanğın oldu. Çəkiliş heyətindən bir nəfər yanğında həlak oldu, RTÜK tərəfindən cərimələndi.

“Şakir Paşa Ailəsi”nin ikinci mövsüm üçün təsdiqlənməsinə baxmayaraq, heyət demək olar ki, tamamilə dəyişəcək. Çünki serialda mühüm hadisə baş verəcək. Belə ki, birinci mövsümdə izlədiyimiz bəzi aktyorlar yeni mövsümdə olmayacaq.

Aniesi – Denise Capezza

Denise Capezza verdiyi müsahibədə 2-ci mövsümdə iştirak etməyəcəyini şəxsən özü bildirib. 

Rozali – Meryem Uzerli

Meryem Uzerlinin də yeni mövsümdə serialda olmayacağı ehtimal olunur.

Sara – Devrim Yakut

Şakir Paşanın bacısı Sara obrazını canlandıran Devrim Yakutun da serialdan ayrılacağı xəbərləri yayılıb.

Şakir Paşa – Fırat Tanış

Baş qəhrəman Şakir Paşanı canlandıran Fırat Tanışın taleyi mövsüm finalında açıq qalıb. Bu isə onun gələcəkdə serialda iştirak etməyəcəyi barədə ehtimalları artırır.

Ayşə – Nilsu Berfin Aktaş

Nilsu Berfin Aktaşın da obrazının yeni mövsümdə dəyişəcəyi və ya serialdan çıxarılacağı gözlənilir.

İsmet – Vahide Perçin

Şakir Paşa Ailəsinin İsmeti – Vahide Perçinin də serialdan ayrılacağı iddia olunur.

Uşaq aktyorlar: Zeynəb Ebrar Karaca, Azra Aksu və Melih Yalçın Yılmaz

Onların böyümüş versiyalarını canlandırmaq üçün Hazal Kaya və Eda Ece kimi aktyorlar seriala daxil olacaq.

Cəvat Şakir – Cem Yiğit Üzümoğlu

Üzümoğlunun "T24"ə verdiyi müsahibədə “Final olacaq” deməsi, sonra isə “mövsüm finalı” deyə düzəliş etməsi, aktyorun serialdan gedib-getməyəcəyi ilə bağlı suallar yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR