İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Uilyam qardaşının memuarlarını xəyanət sayır

 

Şahzadə Uilyam qardaşı, Sasseks hersoqu Harri tərəfindən "Spare" ("Ehtiyat")  adlanan xatirə kitabının nəşrindən sonra kədərlənib və özünü xəyanətə uğramış kimi hiss etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Beast” vəliəhdin adı açıqlanmayan dostuna istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Uilyam Harriyə və həyat yoldaşı Meqan Markla qarşı ikrahla yanaşır, onlara nifrət edir və inana bilmir ki, onunla və həyat yoldaşı Keyt Middltonla belə rəftar edə bilərdilər. Şahzadə ona qarşı hücumlardan daha çox inciyib.

“O, baş verən hər şeyə görə dərin kədər hissi keçirir. və bunu xəyanət hesab edir.  Bundan sonra geri dönüş olmayacaq”, - Uilyamın dostu deyib,

Yanvarın 10-da satışa çıxarılacaq kitabdan fraqmentləri Britaniya mətbuatına dərc edilir. Bu fraqmentlərdə şahzadənin ilk cinsi təcrübəsindən, narkotik istifadə etməsindəni, Əfqanıstandakı xidmətindən və böyük qardaşı Uilyam ilə münasibətlərindən bəhs olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR