İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harri: "Əfqanıstanda 25 düşmən öldürmüşəm"

Susseks hersoqu şahzadə Harri Əfqanıstanda hərbi xidmətdə olarkən 25 nəfəri öldürdüyünü etiraf edib.

Musavat.com xəbər verir ki, bu barədə "Sky News" kanalı şahzadənin yanvarın 10-da buraxılması planlaşdırılan "Ehtiyat" adlı tərcümeyi-halından bir parçaya istinadən xəbər verir.

Şahzadənin kitabından sitat: "Mən həmişə dəqiq deyə bilərəm ki, neçə düşmən döyüşçünü öldürmüşəm... Deməli, bu, 25-dir. Bu, məni məmnun etməyibi, amma xəcalət də çəkməmişəm".

Şahzadə Harri daha əvvəl hərbi xidmətinin ona necə təsir etdiyini danışmışdı. O bildirib ki, Britaniya ordusunda 10 il ona kral ailəsinin heç bir üzvünün sahib olmadığı təcrübə qazandırıb.

Şahzadə Harri 2005-2015-ci illərdə hərbi xidmətdə olub və mayor rütbəsi ilə təqaüdə çıxıb. 2008 və 2012-ci illərdə Əfqanıstandakı döyüşlərdə iştirak edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR