İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harri 17 yaşında kokain istifadə etdiyini boynuna aldı

Sasseks hersoqu şahzadə Harri 17 yaşında narkotikdən istifadə etdiyini etiraf edib.

Musavat.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı şahzadənin “Spare” (“Ehtiyat”) adlı avtobioqrafiyasından çıxarışa istinadən məlumat yayıb.

Şahzadənin sözlərinə görə, o, kokaindən istifadə edib. Telekanal Harrinin kitabından sitat gətirir: "Çox əyləncəli deyildi və buna görə də özümü çox da xoşbəxt hiss etmədim".

Şahzadə Harri daha əvvəl atası və qardaşı şahzadə Uilyamla münasibətlərdə ailə mehribanlığının olmadığını bildirmişdi. Harrinin sözlərinə görə, o, "müəssisə yox, ailəsi olmasını" istərdi.

Şahzadə Harri atası, Böyük Britaniya kralı III Çarlzın (Çarlz) 2023-cü il mayın 6-na təyin edilmiş tac mərasiminə getməkdən imtina edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR