İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahruddin “Qarabağ”dan buna görə gedib: “Yazılanları oxuyuram, dözə bilmirəm”

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev artıq Türkiyədədir.

Millimizin də formasını geyinən dağıstanlı bu gün «Adana Demirspor» rəhbərliyi ilə görüşəcək, aldığı müqavilə təklifinin şərtlərini yerində müzakirə edəcək.

Super Liqa təmsilçisi onunla 2+1 illik kontrakt imzalamaq niyyətindədir. Böyük ehtimalla, keçid baş tutacaq.

Çün «Şah» daha Premyer Liqada çıxış etmək istəmir. O, «Qarabağ»dan ayrılmağa qərarlıdır. Bu qərarın Andrey Lunyovun gəlişi ilə heç bir əlaqəsi yoxdur.

Məhəmmədəliyev 2016-cı ildən «köhlən atlılar»ın sıralarında yer alıb və geridə qalan müddətdə xeyli sayda həmkarıyla rəqabət aparıb.

Onu buradan ayıran səbəb son aylarda üzləşdiyi təzyiqlərdir. Bu təzyiq klub rəhbərliyindən və məşqçilərdən gəlmir. Onların «Şavh»la işi yoxdur.

Düzdür, sözünü etdiyimiz «əlcək sahibi» HİK-lə Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçından sonra böyük məbləğdə cərimələnib.

Bu da Finlandiyadakı qarşılaşmada (2:1) etdiyi növbəti səhvə görədir. Şahruddin qərarı normal qarşılayıb, səsini çıxarmayıb.

Hətta yol verdiyi xətalardan dolayı hər kəsdən – rəsmilərdən, məşqçilərdən və futbolçu yoldaşlarından üzr istəyib.

Məhəmmədəliyevi ayrılıq fikrinə düşməyə sövq edən azarkeşlərin sosial şəbəkədə onunla bağlı yazdığı tənqidi rəylərdir. Üstəlik, mediada oxşar fikirlərin geniş yayılması «Şah»da böyük məyusluq yaradıb.

O, məhz bütün bunlara görə «Qarabağ»la vidalaşmağı lazım bilib. Baş məşqçi Qurban Qurbanovla və idarəçilərlə bu haqda söhbət edən dağıstanlı artıq psixoloji cəhətdən yorulduğunu dilə gətirib.

Azərbaycan dilini müəyyən qədər öyrənən kiper barəsində yazılanları oxuduğunu, eşitdiklərinin ona pis göstərdiyini, toparlana bilmədiyini söyləyib.

Şahruddinə yönəlik mənfi fikirlər ötən ilin yayından bəri güclənib. Çempionlar Liqasının pley-off mərhələsinin «Viktoriya» ilə Çexiyadakı cavab görüşündə (1:2) kobud səhv edən qapıçı komandasının qrupa vəsiqə qazanmamasına səbəbkar olub.

«Köhlən atlılar» bu yay da qitənin ən mötəbər klub turniri ilə erkən vidalaşıb. O, «Rakuv»la Polşada keçirilən ilk matçda 3 yanlışla yadda qalıb.

Daha sonra HİK-lə səfər oyununda oxşar xətanı təkrarlayıb./SPORTİNFO.AZ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR