İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan Azərbaycana təhvil veriləcək? - İrəvan ÇALXALANIR

“Ermənistanın indiki hökumətinin Samvel Şahramanyanı həbs edib Azərbaycana ekstradisiya yolu ilə verməsi ehtimalı yüksəkdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib.

“Hökumətin son iclasının əsas mesajı ondan ibarətdir ki, Qarabağ erməniləri siyasi cəhətdən aktiv olmağa cəsarət edərlərsə, bu, milli təhlükəsizliyə təhdid olacaq. Bu cür bəyanatların məqsədi Şahramanyanın həbsi və Azərbaycana təhvil verilməsi üçün zəmin yaratmaqdır”, - deyə Kazaryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR