Onlayn ictimai-siyasi qəzet
"Hamımız "Qarabağ"ın uğur qazanmasını gözləyirik".
Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Bayer" - "Qarabağ" matçını dəyərləndirib. Diniyevin sözlərinə görə, bu gün "Qarabağ" başından yuxarı tullanıb: "Çünki Azərbaycan çempionu çıxdığı oyunlarda maksimum nəticə əldə edərək, daim uğurları ilə bizi sevindirməyi bacarıb. Bakıda "Bayer"lə oyun da onu göstərdi ki, güclü rəqibdir. Bu səbəbdən də almanlara qarşı mübarizə aparmaq çox çətindir. Lakin hər şeyə rəğmən, "Qarabağ" bunu bacardı. Düşünürəm ki, "Bayer" səfərdə əsas heyətlə oynayacaq. Mərhələni keçmək üçün heyətində rotasiya etməyəcək. Bizi "BayArena"da çox çətin oyun gözləyir. Ancaq "Qarabağ" həmişə bizi öz sürprizləri ilə təəccübləndirməyi bacarıb. Bu oyunda da Ağdam təmsilçisinin yaxşı nəticə göstərəcəyinə ümid edirəm. Kağız üzərində "Bayer"in şansı nə qədər çox olsa da, biz kağıza yox, "Qarabağ"a inanırıq".
Qeyd edək ki, "Bayer"- "Qarabağ" arasında cavab matçı martın 14-də, Bakı vaxtı ilə 00:00-da "BayArena" da start götürəcək. Bakıdakı matç isə 2:2 hesabı ilə bitib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ