İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev: “2023-cü ildə yaşayış minimumunun məbləği 246 manat təşkil edəcək”  

Milli Məclisdəki büdcə müzakirələrində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib.

Musavat.com-un məlumatına görə, nazir bildirib ki, 2023-cü ildə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 246 manat təşkil edəcək.

Nazir qeyd etdi ki, əmək qabiliyyətli əhali üçün bu məbləğ 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat təşkil edəcək.

S.Babayev növbəti ildə də əhalinin aztəminatlı hissəsinin rifahının yaxşılaşdırılması istiqamətində addımların atılacağını bildirdi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR