İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarlığa daha bir güzəşt

Milli Məclis Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-dək uzadılmasına dair qanun layihəsini qəbul edib.

Musavat.com bildirir ki, parlament bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikləri müzakirəyə çıxarıb.

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti əvvəlcə 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Deputatların çıxışlarından sonra qanun layihəsi qəbul olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR