İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarovadan MÜHÜM TƏKLİF


Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxış edərkən 15 iyun Qurtuluş günündən bəhs etdi.

Musavat.com-un məlumatına görə sədr bildirdi ki, Ulu öndər Heydər Əliyev bugünkü Azərbaycan parlamentinin banisidir:

“Onun böyük siyasətə qayıdışı məhz bu binadan başlayıb”.

Parlament sədri xatırlatdı ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısı alınıb.

S.Qafarova qarşıdan gələn əlamətdar günlərin önəmindən bəhs etdi. Həmçinin təklif etdi ki, Milli Məclis adından 15 iyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq. Deputatlar bu təklifə alqışlarla münasibət bildirdilər.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR