İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şahdah Turizm Mərkəzi"ndən 100 milyona yaxın zərərlə bağlı AÇIQLAMA

"Şahdağ Turizm Mərkəzinin hesabatında göstərilən 100 milyon manata yaxın zərər 2016-cı ildən bu günə qədər olan ümumi zərərdir".

Musavat.com bildirir ki, bu sözləri Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov jurnalistlərə açıqlamasında deyib. Rüstəm Nəcəfov bildirib ki, hesabatda göstərilən nəğd zərər deyil:

"Orada vergilər və digər xərclər var.

Bildirim ki, 2021-ci ildə dövriyyəmiz 6,3 milyon manat, dövlətdən verilən vəsait 13,9 milyon manat idisə, 2022-ci ildə dövriyyə 10,4 milyon manat təşkil edib. Bu, 65 faiz daha artıq dövriyyə deməkdir. Həmçinin 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat təşkil edib. Bu da 14 faiz azalma deməkdir.

İllik satışın 65 faizi, xərclərin 37 faiz artması bizim sənaye üçün çox yaxşı göstəricidir.

Həmçinin, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon, yəni 235 faiz daha artıq olub. O cümlədən 2016-cı ildə dövlətin ayırdığı vəsait 17,9 milyon manat təşkil etmişdi".

IMG-20230630-WA0091.jpg (156 KB)

Mərkəzin direktoru həmçinin qeyd edib ki, ildən-ilə gəlirlər artır, dövlətdən asılılıq azalır:

"Biz zərərimizi azaltmaq üçün gəlirlərimizi artırmağı və dövlətdən asılılığımızı azaltmağı hədəfləmişik. Ümid edirəm ki, qısa zamanda buna nail olacağıq".

Xatırladaq ki, Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC-nin 2022-ci ili 8,688 milyon manat zərərlə başa vurduğu açıqlanmışdı. Bu 2021-ci illə müqayisədə 37 faiz çoxdur.

Son nəticədə dövlət şirkətinin yığılmış zərəri 9,8 faiz artaraq 97,177 milyon manata çatıb.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 397,507 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR