İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbaz Şərif Əli Əsədova məktub ünvanlayıb

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təbrik məktubuna cavab olaraq Ə.Əsədova məktub ünvanlayıb.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Pakistanın Baş naziri Şahbaz Şərif təbrik məktubunda iki ölkə arasında qardaşlıq münasibətlərinin ötən dövr ərzində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın artması ilə möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini məmnunnuqla bildirib.

Vurğulanıb ki, Pakistan keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyib.

Pakistanın hər iki xalqın mənafeləri naminə Azərbaycan ilə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğu diqqətə çatdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR