Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın Daxili İşlər Nazirliyi prezident Sadır Japarovun keçmiş müşaviri Aydar Xalikovun Moldovada saxlanması ilə bağlı məlumatı təsdiqləyib.
Musavat.com "knews.kg"ya istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Aydar Xalikov İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Şübhəli şəxs Qırğızıstan Cinayət Məcəlləsinin 209-cu maddəsi (xüsusilə böyük miqdarda fırıldaqçılıq) ilə ittiham olunur.
Hazırda Qırğızıstanın Baş Prokurorluğu saxlanılan şəxsin ekstradisiyası məsələsini araşdırır.
Xalikovun saxlanılması barədə araşdırmaçı jurnalist Bolot Temirov məlumat verib. 2024-cü ilin noyabr ayında vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Xalikov Bolot Temirovla müsahibədə prezident Sadır Japarovu tənqid edib.
Prezident Administrasiyasının İctimai-Siyasi Xidmətinin rəhbəri Dayırbək Orunbekov isə Xalikovu Özbekistandan şifer qaçaqmalçılığını təşkil etməkdə və yerli məmurlardan öz biznesi üçün dəstək tələb etməkdə ittiham edib.
Musavat.com
13 Yanvar 2025
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ