İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR