İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazir müavini vəfat etdi - FOTO

Uzun illər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış, Naxçıvan MSSR-in daxili işlər nazirinin müavini olmuş Telman Əliyev vəfat edib.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran polis xəstəliyi səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Telman Əliyev 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş üçnəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə ümummilli lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Partiya Komitəsinin büro və plenum üzvü, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi Həmid Nəsirov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüblər. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.

Həmin vaxtdan adları qeyd edilən hər üç şəxs Hüseyn Cavidin mənəvi oğlu kimi tanınmağa başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR