İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazir: “Bu hadisə İran tərəfindən Azərbaycana qarşı törədilmiş teror hərəkətidir”

Sabiq təhsil naziri Misir Mərdanov Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum hadisəsinə münasibət bildirib.

Musavat.com-un xəbərinə görə Misir Mərdanov qeyd edib ki, bu gün səhər saatlarında ölkəmizin İrandakı səfirliyinə edilmiş hücumla bağlı sosial şəbəkələrdən aldığı məlumatdan hələ də şokdadır. Sabiq nazir hesab edir ki, bu hadisə İran tərəfindən Azərbaycana qarşı törədilmiş teror hərəkətidir, bütün məsuliyyət İran tərəfinin üzərinə düşür.

M.Mərdanov edilmiş hücum nəticəsində həlak olmuş səfirliyin əməkdaşı Orxan Əsgərovu şəhid adlandırıb və Allahdan rəhmət diləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR