İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəmə prosesindən EKSKLÜZİV GÖRÜNTÜLƏR

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi saat 15:30-da başlayıb.  Bu, sabiq icra başçısının Gəncə Ağır Cinayətlər Məhkəməsində sayca ikinci məhkəməsidir. Daha öncə hazırlıq prosesi keçirilib.

Məlumat üçün bildirək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunub.  Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə ibtidai istintaq 17 ay davam edib və nəhayət, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

Musavat.com-un əməkdaşı məhkəmədən görüntülər əldə edib. Görüntülərdə Alimpaşa Məmmədovun şüşə arxasında dayandığı, çıxışa hazırlaşdığı əks olunub.

Həmin görüntüləri təqdim edirik:               

İlham Məmmədov,
Musavat.com,
 Gəncə

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR