İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Musavat.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı "Avro-5" ekoloji standartına uyğun olmalıdır.

Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR