İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvət, səs-küylü cinayət işi: ABŞ-də ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə xarici agent kimi işləməkdə təqsirləndirilən senator Robert Menendesə qarşı səs-küylü cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Menendez hər hansı bir qanun pozuntusunu rədd edir və ermənipərəst kimi şöhrət qazandığı Konqresdə qalmaq istəyir.

Qeyd edək ki, Menendez Kuba əsilli nüfuzlu demokrat senatordur və uzun illər ABŞ Konqresinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib.

Menendezin işində ondan çox rüşvət epizodu var və onun Nyu Cersidəki malikanəsində beş dəfə axtarış zamanı çoxlu sübutlar tapılıb. Prokurorluğun məlumatına görə, 70 yaşlı senator erməni həyat yoldaşı Nadin Aslanyanla birgə yüksək vəzifəsindən və işgüzar əlaqələrindən istifadə edib. Senator öz səylərinin mükafatı olaraq müxtəlif formalarda yüz minlərlə dollar alıb.

Ən narahatedici epizodlardan biri Menendezin evindən tapılan 13 qızıl külçəsidir. Onların seriya nömrələri misirli iş adamlarına məxsusdur.

Menendezin həyat yoldaşına qarşı da ittihamlar irəli sürülüb. Onun işinə ayrıca baxılır. 2023-cü ildə məhkəmə senatoru və arvadını müvafiq olaraq 100 000 və 250 000 dollar girov müqabilində sərbəst buraxıb, lakin onların xarici səfərlərinə məhdudiyyətlər qoyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR