İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruspərəst Fitso bir neçə səfərini təxirə saldı

Slovakiyanın baş naziri Robert Fitso son günlərdə bir neçə dəfə öz proqramını qəfil şəkildə ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə Slovakiyanın "TVnoviny" xəbər portalı məlumat yayıb.

Robert Fitso 1 May bayramı münasibətilə planlaşdırılan tədbirlərdə, həmçinin Slovakiyanın Avropa İttifaqına üzvlüyünün ildönümünə həsr olunmuş rəsmi mərasimdə iştirak etməyib.

Fitso hökuməti yalnız işgüzar proqramın ləğv olunduğunu açıqlayıb, lakin əlavə səbəb və detalları paylaşmayıb.

Məlumata görə, Robert Fitso 9 mayda Moskvada keçiriləcək Qələbə Paradına qatılmağı planlaşdırır. Bu plan Avropa İttifaqı daxilində narahatlıqla qarşılanıb və bir sıra Aİ rəsmiləri onun bu səfərdən imtina etməsinə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR