İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların müharibədən məyusluğu artır - sorğuda maraqlı nəticələr

Rusiyada əhali arasında müharibə ilə bağlı məyusluq və nigarançılıq hissi artır.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, Aleksey Navalnının “Korrupsiya ilə mübarizə fondu”nun keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Sorğu iştirakçılarının 6%-i bildirib ki, müharibədə həlak olmuş ən az bir insanı tanıyırlar. Müharibənin gedişatını Rusiya üçün uğurlu hesab edən insanların sayı cəmi bir ay ərzində 22%-dən 14%-ə düşüb. Savaşı uğursuz sayanların sayı isə təxminən 14% -ə qədər artıb.

Respondentlərin əksəriyyəti hələ də münaqişənin sülh yolu ilə həll edilməli olduğu qənaətindədir. Sorğu iştirakçılarının yalnız 30%-i noyabrda qarşıdurmanın tərəfdarı olub ki, bu da tədqiqatın bütün dövrü üçün minimum göstərici sayılır.

Ordunun vəziyyəti ilə bağlı rəy yaxşılaşmır - demək olar ki, respondentlərin üçdə biri onu "ortadan aşağı" hesab edib. RF Silahlı Qüvvələrinin hazırlığını və dəstəyini yüksək qiymətləndirənlərin sayı daha bir minimumu göstərib - 20%.

Rusiyada müharibə ilə bağlı suallara cavab verməyə görə repressiya qorxusu hökm sürür. Məsələn, respondentlərin 41%-i “müharibənin bu qədər uzun müddət davam edəcəyini gözləyirdinizmi” sualına cavab verməkdən imtina edib. Həmçinin, respondentlərin əksəriyyəti daha çox “cavab verməkdə çətinlik çəkirəm” variantını seçməyə üstünlük veriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR