İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların Lentsovu Qarabağa niyə göndərdiyi ÜZƏ ÇIXDI: “Posta biz nəzarət edək, Azərbaycan əsgəri müşahidə etsin...” – Üzeyir Cəfərovla CANLI

Rusiya müdafiə nazirinin müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsov (Rusiya sülhməramlı kontingentinin yeni komandanı) artıq iki gündür ki, Qarabağdadır.

Erməni mediası dünəndən üç rusiyalı - Volkov, Lentsov və Kremlin digər nümayəndəsinin iki Azərbaycan rəsmisinin iştirakı ilə (3+2 formatında) danışıqlara başladığı haqda məlumat yayıb.

“Ermənistan “itkin” düşüb. Bəzi mənbələr iddia edir ki, Lentsov prosesi müvəqqəti olaraq, belə desək, dəstəkləməyə gəlib. Vəziyyət həll olunarsa, o, Moskvaya qayıda bilər. Çünki bu gün Rusiya ordusunda belə mütəxəssislər azdır. Danışıqlar zamanı Rusiya tərəfi azərbaycanlıların nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və yalnız rentgen skanerlərinin quraşdırılmasına nail olmağa çalışacaq. Yəni Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılacaq və Azərbaycan tərəfi prosesi onlayn izləyəcək”.

Rusiya sülhməramlılarının Qarabağda Azərbaycan tərəfi ilə apardığı danışıqların detalları bəlli olub. Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, danışıqlar dünən də davam edib. Belə ki, danışıqlar “3+2” formatında baş tutub. Rusiya tərəfdən 3 nəfər, Azərbaycan tərəfindən 2 rəsmi nümayəndə (general) qatılıb. Sülhməramlıların nümayəndə heyətində Andrey Volkov və Aleksandr Lentsov da olub.

Vurğulanıb ki, Lenstov Laçındakı yeni postun ləğvinə, əvəzində X-ray sisteminin quraşdırılmasına çalışıb. Az öncə eyni mətbuat orqanı Lentsovun Qarabağa müvəqqəti göndərildiyini və onun tezliklə Rusiyaya qayıdacağını yazmışdı. Dünən Rusiya Müdafiə Nazirliyi rəsmi şəkildə Lentsovun Qarabağdakı sülhməramlıların komandanı təyin olunduğunu təsdiqləmişdi.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində polkovnik, hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR