Onlayn ictimai-siyasi qəzet
Türkiyənin “Vətən” partiyasının sədr müavini Hakan Topkurulu ABŞ-nin sanksiya təzyiqlərinə baxmayaraq, rusiyalı turistlərin Türkiyəyə gəlməkdə davam etdiyini bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
Topkurulunun dediyinə görə, yeganə problem yüksək qiymətlərdir ki, bu da Türkiyə hökumətinin sərt monetar siyasətindən qaynaqlanır.
O əlavə edib ki, bu il rusiyalı turistlər Türkiyəyə gələnlərin sayına görə onuncu yerdədir.
“Türkiyənin otel sahibləri və restoratorları mövcud vəziyyətdən razıdırlar”, - deyə Topkurulu vurğulayıb.
Bundan əvvəl Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin bildirib ki, Türkiyə Rusiya tətillçiəri üçün xarici ölkələr arasında liderdir.
Bu istiqamətdə rəqiblər Tayland və Misirdir. İlin sonuna qədər təxminən 1,7 milyon rusiyalı turist orada istirahət edəcək.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ