İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar hücuma keçdi, komandirləri məhv edildi

Ukrayna sərhədçiləri Rusiya komandirini məhv edərək, Baxmut yaxınlığındakı istiqamətlərdən birində düşmən piyadasının irəliləməsini dayandırıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Baxmut yaxınlığındakı istiqamətlərdən birində rus işğalçılarının piyada bölməsi ukraynalı müdafiəçilərə hücum etməyi planlaşdırıb:

"Lakin Dövlət Sərhəd Xidmətinin snayperləri onlara imkan verməyiblər. Döyüşçülər dəqiq atılan atəşlərlə komandiri və pulemyotçunu məhv ediblər. Bölməyə nəzarəti itirən işğalçılar hücuma keçməkdən çəkinərək, qaçıblar".

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR