İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı 12-ci sanksiya paketində bunlar olacaq – RƏSMİ

Avropa İrttifaqı ölkələri G7 çərçivəsində Rusiyaya qarşı Rusiya almazları, alüminium və ikili təyinatlı malları əhatə edəcək 12-ci sanksiyalar paketini müzakirə edirlər. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək rütbəli rəsmisi oktyabrın 26-27-də Aİ-nin 27 ölkəsinin liderlərinin görüşündən əvvəl məlumat verib.

O, jurnalistlərin Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırarkən, "müzakirələr davam edir. Biz G7 çərçivəsində əsasən almaz və alüminium, həmçinin ikili təyinatlı mallar üzrə nəticələri gözləyirik" deyib.

Diplomatın sözlərinə görə, Aİ sanksiyalar paketinə hansı ikili təyinatlı malların daxil edilməsi ilə bağlı Ukrayna ilə əməkdaşlıq edir.

Daha əvvəl “Reuters” diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, oktyabrın sonunadək G7 ölkələrinin Rusiya almazlarının idxalına qadağa qoyulması ilə bağlı bəyanatı açıqlanacaq. oktyabrın sonunadək gözlənilir. Onların sözlərinə görə, G7-nin bəyanatından sonra Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin məzmunu ilə bağlı təklif veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR