Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən görüş ətrafında ən müxtəlif fikirlər səslənir, ehtimallar irəli sürülür. Xüsusilə, Dubay görüşünün əvvəlkilərə nisbətən daha uzun çəkməsi diqqətləri özünə cəmləyib.
Musavat.com-un xəbərinə görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-Ermənistan arasında sülhün açarını Ermənistan konstitusiyasında görür:
“Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki, liderlər və heyətlər sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına əngəl olan ən mürəkkəb məsələləri geniş şəkildə müzakirə ediblər. Görüşdən sonra yayımlanan açıqlama və xəbərlər də göstərir ki, tərəflər A-dan Z-yə bütün məsələləri müzakirə ediblər.
Görüşün yekunu olaraq hər hansı sənədin imzalanmaması və ya ortaq bəyanatın qəbul edilməməsi narahatlığa əsas vermir. Dialoq genişlənib. Önəmli olan budur. Bütün hallarda Nikol Paşinyan konstitusiya dəyişikliyini ləngitməməlidir, sülhün açarı bundadır”.
Cavanşir ABBASLI
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ