İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı 10-cu sanksiya paketi 11 milyard avroluq məhdudiyyəti nəzərdə tutur

Avropa İttifaqının yaxın günlərdə Rusiyaya qarşı tətbiq edəcəyi onuncu sanksiyalar paketi 11 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında deyib. Onun sözlərinə görə, yeni sanksiyalar paketinə RF-in hərbi ehtiyaclar üçün istifadə etdiyi elektron komponentlərin ixracına məhdudiyyətlər daxildir.

Bir müddət öncə Ursula fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı onuncu sanksiya paketinin fevralın 24-dək qüvvəyə minəcəyini və əvvəlki paketlərdə olan boşluqları dolduracağını bildirmişdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR