İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya görə titulları əllərindən alındı

Ukraynanın Gənclər və İdman Nazirliyi bir sıra idmançıları və məşqçiləri müxtəlif titullardan məhrum edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq Sərəncam nazirliyin saytında dərc olunub.

Məlumata görə Rusiyanı dəstəkləyən və ya Ukrayna qanunvericiliyini pozan bir sıra idmançı və məşqçiləri "İdman ustası" və "Əməkdar məşqçi" idman titullarından məhrum edib.

Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Anatoli Timoşuk "Əməkdar idman ustası" və "Ukraynanın idman ustası" titullarından məhrum edilib. Oxşar titullar şahmatçı Sergey Karyakindən də geri alınıb. 

"Dinamo"nun və Gürcüstan millisinin sabiq futbolçusu Kaxa Kaladze "Ukraynanın beynəlxalq dərəcəli idman ustası" titulundan məhrum edilib.

Həmçinin avarçəkmə üzrə Ukrayna çempionu Larisa Jalinska, karateçi Yevgeni Pilipyuk, onun həyat yoldaşı Darya Pilipyuk və başqaları müxtəlif idman titullarından məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR