İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya daha bir zərbə müttəfiqi Hindistandan gəldi

Rusiyanın yeni xarici siyasət strategiyasında müttəfiq olaraq qeyd elədiyi ölkələrdən biri ilə münaqişə yaranıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Hindistan dövləti ödəniş üsulları üzərində razılığa gələ bilməməsi səbəbindən Rusiyadan silah alışını dayandırıb.

Rəsmi Dehli Rusiya silahlarının pulunu dollarla ödəmək istəmir. Çünki bu, Hindistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqinə səbəb ola bilər. Qeyd edək i, Rusiya Hindistana iki S-400 zenit-raket kompleksi almaq üçün 10 milyard dollarlıq kredit verib. Bundan başqa, digər silahların alınması üzrə iki ölkə arasında 2 milyard dollarlıq saziş mövcuddur.

Rusiya və Hindistan rəsmiləri arasında silah ticarətində digər valyutaların istifadəsi ilə bağlı danışıqlar heç bir nəticə vermədi. Moskva qeyri-sabitliyinə görə Hindistan rupisini qəbul etməkdən imtina edir. Hindistan isə real bazar qiymətləri ilə silah ala bilməyəcəyindən ehtiyat edərək rublla sövdələşmə etmək istəmir.

Qeyd edək ki, Hindistan ordusunun tərkibində Rusiya istehsalı 250-dən çox SU-30 döyüş təyyarəsi, 1200-dən çox T-90 tankı və yeddi sualtı qayıq mövcuddur.

İndi Hindistan rəsmiləri Rusiyanın həmin hərbi texnikalara müntəzəm texniki qulluq göstərməyə davam edə biləcəyinə əmin olmadıqlarını bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR