İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya BÖYÜK ZƏRBƏ: itkilərin sayı açıqlandı - DƏHŞƏTLİ STATİSTİKA

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 203 160 hərbçisini zərərsizləşdirib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 3 783 ədəd tankı, 7 398 ədəd zirehli döyüş maşını, 3 258 ədəd artilleriya sistemi, 564 ədəd RYAS-ı (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarəsi, 294 ədəd helikopteri, 6 115 ədəd nəqliyyat vasitəsi və yanacaq çəni, 18 ədəd gəmi/kateri, 2 822 ədəd operativ-taktiki PUA və 425 ədəd xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR