Onlayn ictimai-siyasi qəzet
Rusiya hava hücumundan müdafiə sistemləri ölkə ərazisində Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Dronların 18-i Rostov, 11-i Volqoqrad, 5-i Belqorod və 2-si Krasnodar vilayəti olmaqla dörd regionda zərərsizləşdirildiyi bildirilir. Dağıntı və insan təlafatı ilə bağlı məlumat verilməyib.
“Ukraynada döyüşlər tezliklə bitməyəcək və çox güman ki, taqətdən salma müharibəsi daha bir neçə ay davam edəcək”.
Kiyevdə Prezident Volodimir Zelenski və Ukrayna rəsmiləri ilə görüşdən sonra Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lemmi deyib. "Mən əmin deyiləm ki, sülh danışıqlarına həftələr qalıb. Mən bunu ona görə deyirəm ki, bizim ABŞ-nin də bölüşdüyü qiymətləndirməmiz ondan ibarətdir ki, Putin danışıqlara və bu müharibəni bitirməyə qətiyyən həvəs göstərmir", - nazir deyib.
Onun fikrincə, Ukrayna aydın başa düşür ki, danışıqlar başlayana qədər atəşkəs olmayacaq: "Həqiqət budur ki, Ukrayna ordusunu təşkil edən gənc kişilər və qadınlar yerlərdə öz ölkələrinin gələcəyi üçün vuruşurlar və bu, bir neçə ay davam edəcək...
Ukraynalılara aydındır ki, danışıqlara qədər atəşkəs ola bilməz. Ona görə də mən bu müharibədə tezliklə atəşkəs gözləmirəm. Mən çox aydın görürəm ki, hazırda Putin danışıqlar aparmaq üçün heç bir istək nümayiş etdirmir. Ona görə düşünürəm ki, bu üzücü müharibə hələ bir neçə ay davam edəcək”.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla söhbətləşir.
https://www.facebook.com/tvmusavat
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ