Onlayn ictimai-siyasi qəzet
Rusiyanın müdafiə naziri Sergey Şoyqu mayın 10-dan gec olmayaraq dəyişdiriləcək.
Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə "Putin Teleqramda" Teleqram kanalı məlumat yayıb.
İnsayderlər hökumətin tərkibinin təsdiqinin mayın 8-dən mayın 10-na təxirə salınmasını məhz Müdafiə Nazirliyində kadr dəyişikliyinin hazırlanması ilə əlaqələndirirlər:
"Paradı nazir qəbul etməlidir. Razılaşın, paradı bir gün əvvəl təyin olunmuş yeni nazir aparsaydı, mümkün qədər qəribə olardı", - məlumatda bildirilib.
Vurğulanıb ki, Şoyqunun yerinə Tula vilayətinin qubernatoru Aleksey Dyuminin gələcəyi ilə bağlı versiya hələ də aktualdır.
Bundan əvvəl hərbi müxbir Vladimir Romanov Aleksey Dyuminin Rusiyanın yeni müdafiə naziri olacağı ilə bağlı ehtimal irəli sürüb.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ