İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın xarici ticarət profisiti kəskin azalıb

Rusiyanın 2023-cü ilin yanvar-avqust aylarında xarici ticarət profisiti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfədən çox azalaraq 72,6 milyard dollar təşkil edib.

Musavat.com Rusiya Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkənin tədiyə balansı hesabının profisiti 2023-cü ilin yanvar-iyul aylarında 7,2 dəfədən çox azalaraq 25,6 milyard dollar olub: “Göstəricinin dinamikasında həlledici rolu müsbət ticarət balansının 68,3 faiz azalması (156,7 milyard dollar) oynayıb. 2023-cü ilin avqustunda ilk qiymətləndirməyə əsasən, cari əməliyyatlar balansının müsbət saldosu 2,8 milyard dollar olub”.

2022-ci ilin yanvar-avqust aylarına nisbətən malların xarici ticarət balansının azalmasına Rusiya ixracının əsas mallarının tədarükünün fiziki həcmlərinin və dünya qiymətlərinin düşməsi nəticəsində ixracın dəyərinin 31,8 faiz azalması səbəb olub. Bundan əlavə, 2023-cü ilin yanvar-avqust aylarında dəyəri 2022-ci ilin müqayisəli dövrünün göstəricisini 17 faiz üstələyən malların idxalının dəyər həcmlərində bərpa davam edib.

Tənzimləyici onu da izah edib ki, 2023-cü ilin yanvar-avqust aylarında Rusiyadan xaricə turist axınının canlanması, eləcə də xidmətlərin ixracının dəyərinin azalması ilə əlaqədar xidmətlər üzrə xarici ticarət balansında kəsir iki dəfədən çox artıb.

Mərkəzi Bankdan bildirilib ki, ilkin və təkrar gəlirlərin ümumi kəsiri əsasən Rusiya şirkətləri tərəfindən qeyri-rezidentlərin xeyrinə hesablanmış dividentlərin həcminin 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə azalması nəticəsində yaranıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR