Onlayn ictimai-siyasi qəzet
Ağ Ev administrasiyası İsrailin müdafiəsini gücləndirmək məqsədilə Kiyevə bir sıra silah tədarüklərini dayandırıb.
Musavat.com-un xəbərinə görə, bu barədə “The Washington Post” qəzetinin şərhçisi Ceyson Uillik öz köşə yazısında məlumat verib.
Uillikin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İrana qarşı hava zərbələri ilə bağlı qərarı Vaşinqtonun xarici müdaxilələrə qarşı çıxmalı olduğunu düşünən tərəfdarlarını şoka salıb.
Onun fikrincə, ABŞ-ın xarici siyasətdə əsas problemi ondan ibarətdir ki, Vaşinqtonun dünya üzrə götürdüyü müdafiə öhdəlikləri ölkənin real hərbi imkanlarını üstələyir. Məhz bu səbəbdən Ağ Ev müxtəlif prioritetlər arasında seçim etməyə və kompromislərə getməyə məcbur qalır.
Müəllif hesab edir ki, Tramp üçün İsrailə maksimum dəstək vermək və Ukraynanı risk qarşısında qoymaq daha cəlbedici görünür. O qeyd edir ki, “Patriot” raketdən müdafiə sistemlərinin Kiyevə tədarükünün dayandırılması ilə İsrailə göstərilən yardım arasında birbaşa əlaqə var. Həmçinin xatırladılır ki, Vaşinqton bu raketləri 23 iyun tarixində İranın cavab zərbəsi zamanı Qətərdə yerləşən ABŞ hərbi bazasının müdafiəsində istifadə etmişdi.
Ceyson Uillik yekunda vurğulayır ki, ABŞ-ın məhdud hərbi resurslarının bölgələr üzrə bölüşdürülməsi nəticəsində “İsrail Ukraynanın hesabına qalib gələ bilər”.
Musavat.com
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ