İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Xankəndi PLANI: 30 min erməniyə pasport VERİLƏCƏK? – Sülhəddin Əkbərlə CANLI

Ötən gün Musavat TV-nin efirində millət vəkili Elman Nəsirovla ReAL-ın icraçı katibi Natiq Cəfərlinin Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi ilə bağlı mümkün təhlükə, narahatlıq və ehtimallarla bağlı olduqca maraqlı debatı baş tutdu.

Sözügedən debatda Natiq Cəfərli iddia etdi ki, işğal zamanı Rusiya Qarabağ ermənilərindən 30 min nəfərə rus pasportu verib. Ermənistana könüllü köçən bu şəxslərdən 12 mini vətəndaşı olduğu ölkəyə - Rusiyaya gedib. Konsulluğun açılacağı halda Rusiya vətəndaşı olan o ermənilərin Xankəndiyə qayıtmasının təmin edilməsi tələbi aktuallaşa bilər.

Bu nə dərəcədə real versiyadır? Eyni zamanda Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib. Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və Qarabağ klanına dəstək verən başlıca müzakirə platformasıdır:

“Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır. Həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirib.
Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil. Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm, sadəcə mövzunu həmkarı Karasin vasitəsilə gündəmə gətirib ki, bu, Azərbaycanda etiraz doğurmasın”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Sülhəddin Əkbərdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR