İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində döyüş olub


Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində isə döyüş olub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoyt Tetkino qəsəbəsində Ukrayna hərbçiləri ilə baş verən atışma nətiəsində bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığını bildirib.

Məlumata görə, Tula vilayətinin Beryozovsk qəsəbəsindən bir km aralıda baş verən partlayış nəticəsində böyük çala yaranıb. Mütəxəssislər hadisə yerində araşdırma aparırlar.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Lyubeçan və Suşan kəndlərində ukraynalı hərbçilərlə döyüş olduğunu bildirib. Atışma nəticəsində ölənlərin və yaralananların olduğu da qeyd edilib.

Hadisələr fonunda yayılan xəbərlərə əsasən, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR