İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ticarət balansındakı profisit azalıb

Rusiya ödəniş balansının cari əməliyyatlar hesabının müsbət saldosu 2023-cü ilin yanvar-iyulunda ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə azalaraq 25,2 milyard dollar təşkil edib. Ötən ilin 7 ayında göstərici 165,4 milyard dollara bərabər olmuşdu.

Musavat.com Rusiya Mərkəzi Bankına istindən xəbər verir ki, yanvar-iyulda ölkənin xarici ticarət balansının müsbət saldosu 3,2 dəfə azalaraq 64,4 milyard dollar təşkil edib. Ötən ilin 7 ayında isə bu rəqəm 204 milyard dollar olub.

Rusiya Mərkəzi Bankı xarici ticarətin müsbət saldosunun azalmasının əsas səbəbləri olaraq ixracın həm həcm, həm də dəyər ifadəsində azalması, idxalın 7 ayda bütöv 2022-ci ildəki həddi keçməsini göstərir.

Bu ilin 7 ayında Rusiyanın xidmətlər balansında ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox – 20,4 milyard dollarlıq mənfi saldo yaranıb. Mərkəzi Bank bunu Rusiyadan kənara turist axınının artımı ilə izah edir.

Rusiya Mərkəzi Bankının neftin 55 dollarlıq orta qiyməti əsasında apardığı proqnozlaşdırmada ilin sonuna ölkənin cari əməliyyatlar balansında 26 milyard dollarlıq profisit, əmtəələrlə xarici ticarət balansında 97 milyard dollarlıq profisit, xidmətlər ticarətində 30 milyard dollarlıq kəsir, birincili və ikincili gəlirlər balansında 47 milyard dollarlıq kəsir nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR