İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın qaz anbarlarına rekord ehtiyat toplanıb

Qazını satmağa bazar tapmayan Rusiyada yeraltı anbarlardakı qaz ehtiyatları rekord həddə - 72,842 milyard kubmetrə çatıb.

Bu barədə Rusiya prezidenti Vladimir Putinin hökumət üzvləri ilə görüşündə “Qazprom”un rəhbəri Aleksey Miller məlumat verib.

Onun sözlərinə görə, 2023-2024-cü illərin payız-qış dövrü üçün ölkənin yeraltı anbarlarına yetərincə qaz vurulub. Hazırda yeraltı anbarlarda istismar qaz ehtiyatı 72,842 milyard kubmetrdir. Bu, ötən ilin eyni dövründəkindən 180 milyon kubmetr çoxdur. Yeraltı anbarlardan sutkalıq qazgötürmə həcmi 858,8 milyon kubmetr təşkil edir. Bu isə ötən illə müqayisədə 6,4 milyon kubmetr çoxdur.
Ötən qış üçün Rusiyanın yeraltı qaz anbarlarında 72,662 milyard kubmetr ehtiyat olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR