İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriarx Kirilldən Putinlə bağlı İLGİNC AÇIQLAMA

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Sankt-Peterburqdakı Pyotropol və Pavlov kafedralında keçirilən ibadətdən sonra Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Putin kilsəyə dərin hörmətlə yanaşan, dini ayinlərdə fəal iştirak edən şəxsdir.

"Vladimir Vladimiroviç kilsəyə gəlməkdən, Müqəddəs Xristos Sirlərində (Evxaristiya) iştirak etməkdən çəkinmir. Bu, bütün xalq üçün çox vacibdir - xeyirxah xristianın gözəl nümunəsidir", - deyə Patriarx vurğulayıb.

Kirillin bu açıqlaması Rus Pravoslav Kilsəsinin Vladimir Putinlə yaxın münasibətlərini bir daha təsdiqləyib.

Eyni zamanda, prezidentin dini imicinin ictimai rəyə təsirindəki simvolik rolu diqqətə çatdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR