İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın onlayn satış xidməti ilə məşğul olan ən böyük şirkətinin anbarında kütləvi dava düşüb - VİDEO

Rusiyanın Elektrostal şəhərində yerləşən, onlayn satış xidməti ilə məşğul olan “Wildberries” şirkətinin anbarında işçilərlə mühafizəçilər arasında kütləvi dava olub.

Davanın sifarişlərin düzgün yığılmaması səbəbindən başladığı bildirilib.

Qeyd olunur ki, 100-dən çox işçi qəfildən avadanlıqları məhv etməyə, rəfləri sındırmağa və malları korlamağa başlayıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. 13 nəfər ən fəal qanun pozucusu müəyyən edilib və onlar sorğu-sual ediliblər.

Hazırda anbarda işin normal məcrada davam etdiyi bildirilir.

Məlumat üçün əlavə edək ki, 2004-cü ildə yaradılan “Wildberries” onlayn satış xidməti şəbəkəsinin Azərbaycanda rəsmi dileri də fəaliyyət göstərir. “Wildberries” Rusiyada dövriyyəyə görə onlayn satışla məşğul olan ən böyük mağaza şəbəkəsidir.

Mənbə: Kp.ru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR